Hörmətli həmkarlar və dəyərli qonaqlar,
Azərbaycan Kardiologiya Cəmiyyəti Sizi 2025-ci ildə keçiriləcək iki mühüm elmi tədbirə dəvət etməkdən məmnunluq duyur.
17–19 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində, Ritz Carlton Oteldə “7-ci Azərbaycan İnvaziv Kardiologiya Konqresi” keçiriləcək. Konqres invaziv kardiologiyanın ən aktual mövzularını əhatə edəcək, beynəlxalq və yerli mütəxəssislərin təqdimatları ilə zəngin elmi proqramı ilə yadda qalacaq.
12–14 dekabr 2025-ci il tarixlərində isə Hilton Baku Oteldə “14-cü Milli Kardiologiya Konqresi” baş tutacaq. Milli Konqres ənənəvi olaraq ölkəmizin və dünyanın müxtəlif ölkələrindən olan kardioloqları bir araya gətirərək kardiologiyanın bütün sahələrində elmi mübadilə və əməkdaşlıq üçün mühüm platforma olacaq.
Bununla yanaşı, Milli Konqres çərçivəsində Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin 2026–2027-ci illər üzrə sədr seçkisi keçiriləcək. Seçki Cəmiyyətin bütün üzvlərinin səsverməsi əsasında baş tutacaq.
Bu tədbirlər kardiologiya sahəsində biliklərin paylaşılması, yeni təcrübələrin müzakirəsi və mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsi üçün əvəzsiz imkan yaradacaq. Sizi bu önəmli görüşlərdə iştirak etməyə dəvət edir, elmi proqramların hər biriniz üçün faydalı olacağına inanırıq.
Azərbaycan Kardiologiya Cəmiyyəti adından hamınıza uğurlu və məhsuldar konqres arzulayırıq.
Hörmətlə,
T.ü.F.D, FESC, FSCAI
Ülvi Mirzoyev
Sədr