Əziz məsləkdaşlarım!
Hər il olduğu kimi Azərbaycan Kardiologiya Cəmiyyəti 24-26 noyabr 2023-cü il tarixlərində növbəti XII Milli Kardiologiya Konqresini keçirməyi planlaşdırır.
Bildiyiniz kimi fəaliyyətimizin əsas hədəfi Azərbaycanda ürək-damar xəstəliklərinin müalicəsində effektifliyi təmin etmək və bu xəstəliklərin say səviyyəsini ölkəmizdə azaltmaqdır.
Düşünürük, hər il olduğu kimi 2023-cü ilin Fəaliyyət Planıyla da biz hədəflərimizə çatmaqda dəqiq nailiyyətlər əldə etmişik.
Belə ki, peşəkarlıq səviyyəsini artırmaq istəyən hər bir həkim tərəfimizdən təşkil olunan maarifləndirici kurslar və proqramlar, kardiologiyanın ən son nailiyyətlərini özündə ehtiva edən məzmunlarla zəngin elmi tədbirlərdən yararlana bilmişdi.
Bu ilki fəaliyyətimizin yekunu olaraq təşkil etdiyimiz Milli Konqres hədəflədiyimiz yeni bir uğurun təzahürü olacağına inanırıq. Bu səbəblə, elmi tədbirimizin ilk günü yerli və xarici həkimlərin tədris verəcəyi Kardiak MR kursu və iki gün davam edəcək konqresə Azərbaycandan və dünyadan öz sahələrində əhəmiyyətli çəkiyə malik olan dəyərli məruzəçilər və müzakirəçilər dəvət olunmuşdular. Bu konqresdə yenilik olaraq nəzərdə tutulmuş debat şəklində olacaq sessiyalar, Avropa Ürək Jurnalının nümayəndəsi ilə birgə keçiriləcək sessiya bir çox həmkarlarımızın marağına səbəb olacağına ümid edirik.
24-26 noyabr 2023-cü il tarixlərində XII Milli Kardiologiya Konqresində sizinlə görüşməyi və biliklərimizi bölüşməyi ümid edirik.
Hörmətlə,
T.ü.F.D, FESC, FSCAI
Üzeyir Rəhimov
Sədr